ISPmanager panelinə veb-server və veb-saytların işləməsi üçün lazım olan demək olar ki, bütün alətlər inteqrasiya edilib. Bunlara DNS server, mgrctl utility, Docker, Dovecot, Exim, WHMCS, Cloudflare, DDoS-GUARD, fail2bun və sairlər daxildir.
Təkcə keçən il ispmanager 10-dan çox əhəmiyyətli yeniləmə buraxıb. Bunlar müxtəlif PHP rejimləri və MySQL, PHP-Composer, Node.js, OpenLiteSpeed, PageSpeed, Percona Server, HostCMS versiyaları və Dr.Web antivirusu olan modul dəstəyidir.
ispmanager aşağı aparat tələblərinə malikdir. O, resursları qənaətli sərf edir və eyni zamanda, demək olar ki, bütün xidmətlərin düşməsi və ya DDoS hücumuna rəğmən belə işləyə bilər.
ISPmanager müxtəlif tapşırıqlar üçün uyğunlaşdırılıb və veb tərtibatçıları, idarəçilər, sayt sahibləri üçün çox uyğundur. Paneldən istifadə edərək, siz istifadəçi hüquqlarını, domenləri və DNS qeydlərini idarə edə, SSL buraxa və təhlükəsizliyi konfiqurasiya edə, ehtiyat nüsxələri, verilənlər bazası, CMS və s. bu kimi bir çox imkanlardan yararlana bilərsiniz.
ISPmanager istifadəçiləri yol xəritəsində istədiyi funksiyalara səs verir və Telegram icmasında paneli müzakirə edirlər. İnkişaf qrupu təkmilləşdirmələr və səhv hesabatları üçün bütün təklifləri nəzərə alır. Populyar xüsusiyyətlər müntəzəm olaraq ispmanager-ə əlavə edilir və səhvlər düzəldilir
ISPmanager C++ dilində yazılmışdır və işləmək üçün öz veb serverindən istifadə edir. Buna görə də Nginx və Apache kimi digər veb serverlər yalnız paneldə yerləşdirilən layihələrlə işləmək üçün istifadə olunur. Bu, yüksək sürət və nasazlığa dözümlülük verir. Panel bəzi rəqib həllərdən daha yaxşı işləyir və veb server qəzaya uğrasa belə işləməyə davam edir
Verilənlər bazası, FTP serveri və saytlara giriş kimi bütün funksiyalar istifadəçinin öz əlində cəmləşir. Ispmanager istifadəçi hüquq, atribut və rollarını tamamilə avtomatlaşdırıb. Bunun vasitəsilə Siz istənilən istifadəçini istənilən kateqoriyada birbaşa panel vasitəsilə idarə edə və hüquqlarını müəyyən edə bilərsiniz.
Ispmanager tam və funksional şəkildə bir neçə formada ehtiyat nüsxələnmə imkanlarına malikdir. Panel vasitəsilə siz çox rahatlıqla gündəlik və inkrimental ehtiyat nüsxəsi yarada və onu bir neçə istiqamətdə yükləyə bilərsiniz.
Let's Encrypt-dən pulsuz SSL avtomatik quraşdırılır və yenilənir. Bir düymə ilə SSL-i quraşdıra və istifadə edə bilərsiniz.
Saytlarınızın zərərli məzmundan və müxtəlif növ viruslardan qorumaq üçün Dr.Web modulu təmin edilir
Cinayətkarlardan qorunmaq üçün Ispmanager 6 DDoS-GUARD modulu ilə təmin edilib.
Bir düymə ilə saytların yaradılması, CMS-lərin quraşdırılması, sayt konstruktoru və rahat fayl meneceri
IP üzrə trafik filtrasiyasının ayarlanması, nəzarət və monitorinq xidməti
PHP versiya və rejimlərinin hər sayt üçün bir kliklə ayrıca dəsyişdirilmə imkanı
Our customers rate us as Excellent
Do not make a problem out of it. Write to us and we will choose an SSL certificate for you, explain its advantages and help you to establish.